Məşhur müğənni "Porsche"yə benzin əvəzinə su tökdü - FOTO

Avtosfer Foto 16 Yanvar 2018 16:06 Oxunub 1847
Məşhur müğənni "Porsche"yə benzin əvəzinə su tökdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Lüks maşın yolda qaldı

Bir neçə il öncə azərbaycanlı iş adamı ilə sevgili olduğunu açıqlayan, lakin onun adımbı belə dilinə gətirməyən məşhur türk müğənnisi Ebru Polat biabır olub. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, o maşınına benzin əvəzinə su töküb.  Cazibədar müğənni Nişantaşında xaos yaşayıb. Polatın bahalı "Porsche"si yolun ortasında qəfildən dayanıb. Maşından başı çıxmayan müğənni əvvəlcə dostlarından birinə zəng edib və hirslə bahalı avtomobilini təpikləyib. Bundan sonra o əlindəki su butulkasındakı suyu onun yanacaq çəninə boşaldıb. Onu izləyən jurnalistlər müğənniyə səhv hərəkət etməsi barədə xəbərdarlıq ediblər. Lakin Polat "sizi maraqlandırmır. Çox əsəbiyəm, mənimlə işiniz yoxdur", deyə hirsini onlara töküb.

Polad bu gün verdiyi açıqlamasında bildirib ki, maşını yolda qəfildən dayanıb, dostu isə ona ya benzinin bitə ya da mühərrikin qıza biləcəyini deyib. "O, da mənə su tök dedi. Fikrim yayınıq olduğu üçün suyu çənə tökdüm. Sən demə benzin bitib".

 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh