Formula 1 üzrə Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində - FOTO

Yarışma 16 Yanvar 2018 16:44 Oxunub 1402
Formula 1 üzrə Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ziyarətçilərə BŞH və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib

Formula 1 yarışının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) İngiltərənin Birminhem şəhərində yerləşən “NEC Arena”da keçirilən sayca 28-ci Beynəlxalq Avtoidman Sərgisində növbəti dəfə stend açıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi və yarış bileti qazanmaq, eləcə də simulyatorlarda BŞH-də yarışmaq imkanı təqdim olunub. Həmçinin ziyarətçilərə Formula 1-in ən yeni şəhər treki olan BŞH və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Avtoidman Sərgisi hər il Formula 1 yarış mövsümü öncəsi qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı, avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunur.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh