Səudiyyə şahzadələrinin saxlandığı hotel xidmətə açılır – FOTO

Avtosfer Foto 16 Yanvar 2018 18:15 Oxunub 1711
Səudiyyə şahzadələrinin saxlandığı hotel xidmətə açılır – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hoteldə Səudiyyənin 11 şahzadəsi saxlanılırdı

Səudiyyə Ərəbistanında 11 şahzadənin saxlandığı “Ritz-Carlton Hotel” yenidən qonaqları qəbul etməyə başlayıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hoteldə Səudiyyənin 11 şahzadəsi saxlanılırdı. Bu səbəbdən müəssisəyə “dünyanın ən lüks həbsxanası” adı verilmişdi.

Qeyd edək ki, dünən şahzadələrdən ən varlısı hesab olunan Əl Vəlid Bin Talal həbsxanaya köçürülüb. Buna səbəb korrupsiya ittihamları araşdırması çərçivəsində Əl Vəlidin tələb olunan pulu Səudiyyə hökumətinə ödəməyi rədd etməsi olub.

 

Hotellər zəncirinin internet ünvanında yer alan açıqlamada bilidirilib ki, müəssisədə saxılanılanlarla bağlı araşdırmalar yaxın günlərdə başa çatacaq. Fevralın ikinci yarısından hotel xidmətə açıq olacaq. Hoteldə ən ucuz otağın qiyməti 650 dollardır. İki min kvadratmetr olan hoteldə 492 otaq var.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh