188-in evakuatorları 5 ayda 3 nəfərin həyatına son qoyub - VİDEO

Yazarlar 16 Yanvar 2018 22:46 Oxunub 2052
188-in evakuatorları 5 ayda 3 nəfərin həyatına son qoyub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda həmin şirkətin evakuatoru daha bir nəfəri vurub öldürdü

Bakıda evakuatorun iştirakıyla ölümlə nəticələnən daha bir yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, ötən gecə Ziya Bünyadov prospektində "Hyundai" markalı, 90 JV 288 dövlət qeydiyyat nişanlı evakuator 42 yaşlı qadını vurub. Nəqliyyat vasitəsinin altında qalan qadın hadisə yerində ölüb. Həmin evakuator 188 evakuasiya şirkətinə məxsus olub.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, ötən il sentyabrın 6-da 188-in evakuatoru Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən qəza törətmişdi. Sonradan qəzada yaralananlardan daha bir öldü. Təqdim olunan videodan görünür ki, hadisə evakuatorun sürücüsünün əks yola çıxması səbəbindən baş verib. Belə ki, 90 NF 513 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobil öz zolağı ilə hərəkətdə olarkən "188" evakuator xidmətinə məxsus 90 JZ 887 dövlət qeydiyyat nişanlı MAN markalı yük maşını yol nişanının tələbini pozaraq qəfil dönmə əməliyyatını yerinə yetirərək "Mersedes"in yoluna çıxıb. Nəticədə "Mersedes" evakuatorun arxa hissəsinə çırpılıb.

Qəza zamanı "Mersedes"də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. 4 nəfər isə ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan biri orada ölüb.

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh