Mal-qara bu yollarda hərəkəti iflic edir - Sürücülərə təhlükə - VİDEO

Yazarlar 16 Yanvar 2018 22:55 Oxunub 1314
Mal-qara bu yollarda hərəkəti iflic edir - Sürücülərə təhlükə - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolda mal-qaranın təlafatı ilə nəticələnən qəzalar tez-tez baş verir

Magistral yolda avtomobillərin hərkəti dayanıb. Səbəb isə mal-qaranın yolun hərəkət hissəsindən keçirilməsidir. Bura Bakı-Qazax magistralının Ağdaş rayonu ərazisindən keçən hissəsidir. Sakinlər səhər və axşam saatlarında heyvanlarını otlağa aparmaq üçün sürətlə gedən avtomobillərin arasından yolu keçirlər.Özlərinin təhlükəyə atan bu şəxslər həm də sürücülər üçün real qəza şəraiti yaradırlar.

Ağdaş rayonunun Ləki kəndi ərazisindən yaranan bu mənzərədən daha çox əziyyət çəkən elə yoldan istifadə edən sürücülərdir. Görüntüləri də yoldan istifadə edən sürücülərdən biri qeydə alaraq vatsap nömrəsinə göndərib. Bir çox hallarda isə bu yolda mal-qaranın təlafatı ilə nəticələnən qəzalar baş verir. Belə halda da sürücü və mal-qara sahibi arasında məhəkəmələrə gedib çıxan mübahisələr yaranır.

Məsələ ilə bağlı Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev deyir ki, "Yol hərəkəti haqqında" qanunun 39-cu maddəsində konkret olaraq yollarda mal-qara ötürənlərin vəzifələri əks olunub. Qaydaya görə, vətəndaşlar mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər. Bununla yanaşı, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində də yolun hərəkət hissəsindən ötürməməlidirlər. Bəs nəzərdə tutulmayan yerlərdə mal-qara ötürüldükdə və bu zaman yol qəzası baş verərsə məsuliyyəti kim daşımalıdır?

Məsuliyyət tək bununla yekunlaşmır. Tələbləri pozan şəxslər müvafiq miqdarda cərimə də olunurlar.

Belə keçidlər olmadıqda isə vətəndaşlar mal-qaranın keçidini bildirən xəbərdarlıq nişanlarının olduğu ərazilərdən heyvanları keçirməlidirlər. Bu halda isə yol qəzası baş verdikdə mal-qara sahibi yox bir başa sürücü məsuliyyət daşıyır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh