İtmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşub

Maraqlı 16 Yanvar 2018 23:08 Oxunub 1216
İtmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol boyunca qatar nəzarətçisi pişik balasının qayğısına qalıb

Fransada itmiş pişik balası qatarla uzun yol qət edərək sahibinin yanına qayıdıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Sart qəsəbəsində dəmiryolu vağzalında pişik sərnişinlərin və işçilərin diqqətini cəlb edib. Pişiyi qatardan uzaqlaşdırmağa çalışsalar da, heyvan qatara daxil olub. Yol boyunca qatar nəzarətçisi pişik balasının qayğısına qalıb və şəkillərini “Twitter” sosial şəbəkəsində yerləşdirib. Bildirilir ki, sosial şəbəkənin istifadəçilərinin paylaşımları vasitəsilə pişik Man qəsəbəsində yaşayan sahibinə qovuşub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh