“Azerspace-2”nin hazırlıq mərhələsindən son görüntülər yayıldı - FOTO

Gündəm 16 Yanvar 2018 23:23 Oxunub 832
“Azerspace-2”nin hazırlıq mərhələsindən son görüntülər yayıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Orbitə çıxarılması məqsədilə işlər qrafikə uyğun davam etdirilir

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2” 2018-ci ilin aprel ayında Fransanın Ariane-5 raketi ilə Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılması nəzərdə tutulur. “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentindən Avtosfer.az-a verilən məlumata görə, “Azerspace-2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir.  Hazırda yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastrukturun modernizasiyası işləri aparılır.

Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. “Azerspace-2”  regionda artmaqda olan tələbatı qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Bu peyk həm dəbirinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və müştərilərə daha etibarlı xidmət göstərmək və şirkətin göstərdiyi peyk xidmətlərinin hazırkı əhatə zonasını genişləndirmək imkanı verəcək.

 

Emin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh