Yol polisindən sürücülərə yaxın günlər üçün XƏBƏRDARLIQ

Yol polisi 17 Yanvar 2018 09:47 Oxunub 1701
Yol polisindən sürücülərə yaxın günlər üçün XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə avtomobil idarə edərkən diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilir

“Sürücülər qış mövsümünü nəzərə alıb istismar edilən nəqliyyat vasitələrin təkərlərinə diqqət yetirsinlər”. Bunu metbuat.az-a sürücülərə xəbərdarlıqla bağlı açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, sürücülər tərkibində rezin məmulatı olan qış mövsümü üçün istifadəyə məsləhətli olan təkərlərdən istifadə etsinlər: “Protektorların qalınlığına fikir verilsin. Qarın yağacağı, şaxtanın olması ehtimalını nəzərə alsaq, küçə və yollarda sürüşmə halları yaşana bilər. Yol və metroloji hadisələri düzgün qiymətləndirməmək, əyləc sistemindən istifadə etmək, sürət həddinin aşmaq, diqqətsizlik, ara məsafəsinin düzgün saxlanılmaması yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb ola bilər. Bu səbəblə, sürücülərə avtomobil idarə edərkən diqqətli olmaları ilə bağlı xəbərdarlıq edilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh