300 manatadək cəriməsi var - Aprelin 30-na kimi ...

Avtoxəbər 17 Yanvar 2018 00:50 Oxunub 1682
300 manatadək cəriməsi var - Aprelin 30-na kimi ...
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşınların texniki baxışdan keçməsinə tam şərait yaradılıb

Yanvarın 1-dən etibarən MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxışına start verilib. Aprel ayının 30-na kimi avtomobilini texniki baxışdan keçirməyən sürücüləri isə cərimə gözləyir. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov metbuat.az-a açıqlamasında hazırda MDB istehsalı olan yüngül minik maşınlarının texniki baxışdan keçməsində tam şəraitin yaradıldığını bildirib: “Bakı-Zabrat-Maştağa yolunun birinci kilometrində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzində avtomobillərin sürücünün iştirakı ilə texniki baxışdan keçirilməsinə şərait yaradılıb. Həmin mərkəzdə müasir standartların tələblərinə uyğun cihazlar vasitəsilə avtomobilin texniki cəhətdən saz və ya nasaz olması üzə çıxarılır. Avtomobilin işıq, əyləc sistemi, ətraf mühitə buraxılan dəm qazının tərkibi, təkər və şüşələr yoxlanılır. Avtomobili saz olan sürücüyə yerindəcə xüsusi birka verilir. Bu birka avtomobilin qabaq alın şüşəsinə, görünən yerə vurulmalıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh