AZAL-ın təyyarələrində animasiyalar yerləşdiriləcək

Gündəm 17 Yanvar 2018 09:10 Oxunub 722
AZAL-ın təyyarələrində animasiyalar yerləşdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sorğuda iştirak haqqı 30 manatdır

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus təyyarələrdə maliyyə savadlılığına dair animasiyaların yerləşdirilməsi üçün sistemlərə uyğun texniki parametrlərə salınması işlərinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edib.

Avtosfer.az xəbər verir ki, sorğuda iştirak haqqı 30 manatdır.

Kotirovka təklifləri yanvarın 23-nə qədər qəbul edilir. Əlaqələndirici şəxs Elvin Şirdanovdur (tel.: (012) 493 11 22, daxili 428).

 

Təkliflərə yanvarın 24-də, saat 10:00-da AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanda yerləşən inzibati binasında baxılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh