Azərbaycanda yol polisi sürücüyə yaxınlaşmayacaq - YENİLİK

Yol polisi 26 Dekabr 2014 01:00 Oxunub 8485
Azərbaycanda yol polisi sürücüyə yaxınlaşmayacaq - YENİLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisindən sürücülərə: «Müqavimət göstərən cavabını alacaq»

Son 5 gündə paytaxtda 35 sürücü polisin qanuni əmrinə tabe olmadığına görə 7 nəfər isə avtoxuliqanlığa görə barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, yol polisinin qanuni tələbinə tabe olmama halları intizamsızlığa meyilli olan vətəndaşların polisə aqressiv münasibətidir. Amma kim bunu edirsə, layiqli cəzasını da alır: “Polis hər zaman xalqın onu dəstəklədiyi düşüncəsi ilə vətəndaşlara yanaşır. İntizamsızlığa meyilli şəxslər isə bundan sui-istifadə edirlər».

Bölmə rəisi bundan əvvəl qeydə alınan polisə qarşı zor tətbiq edilməsi hallarına da münasibət bildirib: “Belə faktların artması polisi daha ehtiyatlı davranmaq üçün əlavə tədbirlər görmək məcburiyyətində qoyur. Yəni artıq vətəndaşla birbaşa təmasla yox, polisə mümkün müqavimətdən, zor tətbiqindən qorunmaq üçün bir sıra dövlətlərdə olduğu kimi polis bir qədər kənarda dayanaraq ünsiyyətə üstünlük verəcək. Polisə zor tətbiq edənlərə isə adekvat cavab veriləcək. Artıq polislərimiz buna hazırdır. Polis öz gücü, bacarığı və bütün digər vasitələrindən istifadə edərək həmin vətəndaşa qarşı qanunauyğun cavab tədbiri görəcək”.

O, həmçinin qeyd edib ki, son 5 gün ərzində Bakıda sərnişindaşıma qaydalarını pozan 54, avtomobili sərxoş halda idarə edən 120, işıqforun qırmızı işığında keçdiyinə görə 123 sürücü məsuliyyətə cəlb edilib. Bundan əlavə, yolayrıcı qaydalarını pozduğuna görə 2708 halda sürücülərə inzibati protokol tərtib edilib. Ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə yol polisi əməkdaşları tərəfindən 5 gün ərzində 4056 inzibati protokol tərtib edilib. Onlardan 116-sı yol hərəkəti qaydalarını pozduğuna görə piyadaların cərimələnməsi ilə bağlıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mustafa 10 Noyabr 2014 22:55
Movzuyla baqli demek isteyire. Xahish edirem xeberi yerleshdirende bir qeder diqqet edin bashliq yalnishdir. Azərbaycanda yol polisi sürücüyə yaxınlaşmayacaq. Ama xeberde qeyd edirsiz sadece mesafeli ozunu teqdim edecek.
Anar 10 Noyabr 2014 22:55
Hər birimizə aydındır ki, sərxoş vəziyyətdə avtomobili idarə etmək olmaz, bizdə qanuna tabeyik amma polislərdən xahiş edirik ki, həmin sərxoş sürücü ilə mülayim davransın, onun içkili olmağını nəzərə alsın, o insanın ağlı başında deyil, əlbətdəki o polisi vura bilər.