Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib

Gündəm 17 Yanvar 2018 09:45 Oxunub 650
Aralıq dənizində 1400-ə yaxın miqrant xilas edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar 7 kater və 4 qayıqda olublar

İtaliyanın Aralıq dənizi sahillərində yerləşən Siciliya boğazında 1400 nəfərə yaxın miqrant xilas edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Sahil Mühafizə Xidmətinə istinadən TASS məlumat yayıb. Əməliyyat İtaliyanın Sahil Mühafizə Xidməti, Avropa İttifaqının "Eunvaformed" missiyası və bir qeyri-hökumət təşkilatı əməkdaşları tərəfindən aparılıb. Əməliyyatların keçirilmə müddəti açıqlanmır. Miqrantları batmaqda olan 7 kater və 4 qayıqdan xilas etmək mümkün olub. Bildirilir ki, qaçqınlar Liviyadan İtaliya sahillərinə gəlməyə çalışıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh