Anar Allahverənovun atasını maşın vurub öldürdü - Suiqəsd?

Gündəm 17 Yanvar 2018 09:46 Oxunub 1027
Anar Allahverənovun atasını maşın vurub öldürdü - Suiqəsd?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin qəsdən törədilməsi ehtimalı var

Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin ölümündə ittiham olunan Xabarovsk vilayət sakini, əslən Azərbaycandan olan Anar Allahverənovun atası yol-nəqliyyat hadisəsi zamanı ölüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko məlumat verib. Yerli KİV-də kişini vəkilin yanına gedərkən maşının vuraraq öldürməsi barədə məlumat yayılıb. Zərbə o qədər güclü olub ki, zərərçəkənin ayağını qoparıb. Ölən şəxsin 59 yaşı olub. Bəzi nəşrlərin fərziyyəsinə görə, bu, qəsdən törədilib. Hadisəni törədən şəxs ərazidən qaçmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması" maddəsi üzrə iş açılıb.

Vəkilin sözlərinə görə, hazırda hadisələr arasında bir bağlılığın olub-olmaması araşdırılır. O bildirib ki, ötən il ərzində həqiqətən Anar Allahverənovun atasının ünvanına dəfələrlə təhdidlər daxil olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh