Təcili Tibbi Yardım: “Yol qəzalarında xəsarət alanların sayı artıb”

Gündəm 17 Yanvar 2018 10:24 Oxunub 647
Təcili Tibbi Yardım: “Yol qəzalarında xəsarət alanların sayı artıb”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib

Ötən il yol-nəqliyyat hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olub. Avtosfer.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov deyib. Onun sözlərinə görə, 2017-ci il ərzində Stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərib. Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Əvvəlki illə müqayisədə 2017-ci il ərzində hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh