Tualeti dolduğuna görə təyyarə təcili eniş etdi

Maraqlı 17 Yanvar 2018 17:55 Oxunub 1327
Tualeti dolduğuna görə təyyarə təcili eniş etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Denver aeroportunun işçiləri uçuşdan əvvəl təyyarəyə lazımi qaydada texniki xidmət göstərməyib

ABŞ-ın “United Airlines” hava yolları şirkətinə aid sərnişin təyyarəsi tualetin həddindən artıq dolmasına görə təcili eniş edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, Denverdən Havay adalarına uçan layner təyinat nöqtəsinə bir neçə saat qalmış havada dönərək San-Fransisko aeroportuna enib. Aeroportda təyyarə boşaldılıb və təyinat nöqtəsinə sərnişinlərin başqa təyyarənin göyərtəsində uçmasına qərar verilib. Beləcə, səkkiz saatlıq hava reysinin sərnişinləri əlavə səkkiz saat gözləməli olub.

Məlum olub ki, Denver aeroportunun işçiləri uçuşdan əvvəl təyyarəyə lazımi qaydada texniki xidmət göstərməyib. “Hadisə çox xoşagəlməzdir və bizi məyus etdi”, - deyə üzrxahlıq edən “United Airlines” şirkətinin nümayəndəsi bildirib. Şirkət günahını özünəməxsus şəkildə yumağa çalışıb: sərnişinlərin hesablarına əlavə 10 min mil uçuş bonusunun əlavə olunmasını və ya 200 dollar məbləğində vauçer təklif edib.

 

2017-ci ilin avqust ayında “United Airlines” hava yolları şirkətinin pilotlardan biri təhdid dolu bəyanatlar səsləndirdikdən sonra onlarla sərnişin həmin şirkətin təyyarəsi ilə uçmaqdan imtina etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh