İstanbulda dəniz reysləri təxirə salındı

Gündəm 17 Yanvar 2018 11:15 Oxunub 719
İstanbulda dəniz reysləri təxirə salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyri-sabit hava şəraiti ilə əlaqədar

İstanbulda dəniz reysləri təxirə salınıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib. Qeyd edək ki, bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək əsir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında həftə sonuna qədər davam edəcək. Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi tərəfindən verilən məlumatda həmçinin qeyd edilir ki, dəniz reyslərinin təxirə salınması ilə əlaqədar "Marmaray" tuneli gücləndirilmiş iş rejiminə keçib. Qeyd edək ki, sonuncu dəfə qeyri-sabit hava ilə əlaqədar İstanbulda dəniz reysləri ötən il dekabrın 16-da təxirə salınmışdı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh