Təhlükəsizlik nazirinə bomba göndərildi - FOTO

Gündəm 17 Yanvar 2018 11:20 Oxunub 663
Təhlükəsizlik nazirinə bomba göndərildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Patrisiya Bullriç partlayıcının şəklini "Twitter" səhifəsində yerləşdirib və şəkilə belə şərh yazıb...

Argentinada polis ölkənin təhlükəsizlik nazirinə göndərilən bomba və təhdid dolu mesaj aşkar edib. Avtosfer.az "Report"a  istinadən xəbər verir ki, qurğunun olduğu qutu paytaxt Buenos-Ayres ətrafında yerləşən Vilya-Boş şəhərindəki küçələrdən birində tapılıb. Qutuda kustar üsulla hazırlanmış bomba və Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriç və federal hakim Klaudio Bonadionun ünvanına yönəlmiş təhdid dolu mesajlar olub. P.Bullriç partlayıcının şəklini "Twitter" səhifəsində yerləşdirib və şəkilə belə şərh yazıb: "Bombalı təhdid qanunsuz narkotik dövriyyəsi, ticarəti, mafiya və demokratik institutların işinə maneə yaratmağa çalışanlara qarşı mübarizəmizə təsir etməyəck".

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh