Taksi sürücüsünü qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Gündəm 17 Yanvar 2018 12:04 Oxunub 682
Taksi sürücüsünü qətlə yetirən şəxsin məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prosesin baxış iclası yanvarın 24-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 24-nə təyin edilib. Qeyd edək ki, L. Alıyev münaqişə zəminində Elçin Tapdıqov adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib. Araşdırmalar zamanı onların qohum olduğu, E. Tapdıqovun taksi sürücüsü işlədiyi məlum olub. L. Alıyev onu bıçaqlayaraq əllərini kəsib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh