Avtomobillərdə pərdə və plyonkaya qağadanın ləğvi təklif olunur

Gündəm 17 Yanvar 2018 12:31 Oxunub 1409
Avtomobillərdə pərdə və plyonkaya qağadanın ləğvi təklif olunur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə görə sürücülər 206 lirədən 427 lirəyə qədər cərimələnirlər

Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə olan qadağanın ləğvi üçün danışıqlar aparılır. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib. F.Özlü qeyd edib ki, bir nazir olaraq bu qadağanın ləğvinin tərəfdarıdır: “Hazırda bu məsələ ilə bağlı rəhbərlik etdiyim qurum və Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi arasında danışıqlar aparılır”. Qeyd edək ki, Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə qadağa 1997-ci ildən tətbiq edilir. Avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə görə sürücülər 206 lirədən 427 lirəyə qədər cərimələnirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh