Sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq

Gündəm 17 Yanvar 2018 12:55 Oxunub 760
Sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ancaq bütün təyyarələrdə təhlükəsizlik əməkdaşlarının olması nəzərdə tutulmayıb

Bu ilin mart ayından Türkiyədə sərnişin təyyarələrində xüsusi təyinatlı polis əməkdaşları da uçacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) uyğun qanunu təsdiqlədiyindən bu xidmət tətbiq ediləcək. Məlumatda təyyarələrdəki polis əməkdaşlarının silahlı olacağı bildirilir. Bununla belə, bütün təyyarələrdə təhlükəsizlik əməkdaşlarının olması nəzərdə tutulmayıb. Xüsusi təyinatlı polis əməkdaşları yalnız riskli sayılan uçuşlarda xidməti vəzifəsini icra edəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh