Bakıda yol polisini vurdular

Yol polisi 26 Dekabr 2014 12:22 Oxunub 1994
Bakıda yol polisini vurdular
WhatsApp kanalımıza abunə ola bilərsiniz
26 yaşlı sərxoş sürücücü yol polisinə maşınla xəsarət yetirib və həbs olunub

Bakınən Nəsimi rayonunda Dövlət Yol Polis İdarəsi əməkdaşına xəsarət yetirilib. Bakı şəhər Baş Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, polisə xəsarət yetirən şəxs saxlanılıb. Əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev tutulub. Rəşad Səfərəliyev dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində “Ford Transit” markalı avtomobilin sürücüsü yol polisinin inspektorunun qanunu tələbinə tabe olmayıb. O, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh