Bu il kənd və qəsəbələrarası yolların tikintisi davam etdiriləcək

Gündəm 17 Yanvar 2018 14:27 Oxunub 592
Bu il kənd və qəsəbələrarası yolların tikintisi davam etdiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2018-ci ildə uzunluğu 2 min km-dən çox kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsinin icrası həyata keçiriləcək

Azərbaycanda bu il də kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi istiqamətində genişmiqyaslı işlər aparılacaq. 2018-ci ildə uzunluğu 2 min km-dən çox kəndlərarası və qəsəbələrarası avtomobil yolu layihəsinin, habelə digər respublika əhəmiyyətli və magistral avtomobil yollarının layihələrinin icrası həyata keçiriləcək. Avtosfer.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov ötən ilin yekunları və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasda məlumat verib. O, 2017-ci il ərzində Agentlik tərəfindən nəzərdə tutulan bütün respublika əhəmiyyətli, kənd və qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işlərinin uğurla icra olunduğunu qeyd edərək, ümumilikdə uzunluğu 1 335 km təşkil edən yolların yenidən qurulduğunu və təmir olunduğunu bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh