Şəmkir sakini küçədə güllələndi

Gündəm 17 Yanvar 2018 14:51 Oxunub 707
Şəmkir sakini küçədə güllələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəmkirdə silahlı insident olub. Avtosfer.azn APA-ya istinadən xəbərinə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib. Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb.

Güllə yarası alan M.Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh