Bu küçədə xeyli nöqsan aşkarlandı - Dayanacaq yox, xətlər yox - VİDEO

Gündəm 17 Yanvar 2018 15:26 Oxunub 865
Bu küçədə xeyli nöqsan aşkarlandı - Dayanacaq yox, xətlər yox - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtın bu hissəsində yol hərəkəti yenidən təşkil ediləcək

Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yol hərkətinin təşkili ilə bağlı təhlillər aparıb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən küçədə yol infrastrukturunun daha da təkmilləşdirilməsi və zəruri şəraitin yaradılması üçün bir sıra nəqliyyat tədbirlərinin görülməsinin vacib olduğu müəyyən edilib.

Müəyyən edilən nöqsanlar

 1. küçə boyunca yolun sağ və sol tərəfində iaşə obyektlərinin mövcud olması səbəbindən yol kənarında nəqliyyat vasitələri qanunsuz park edilir;

2. 9 marşrut xəttinin keçməsinə baxmayaraq, küçə boyunca dayanacaq məntəqələri və yol nişanlama xətləri standartlara uyğun təşkil edilməyib;

3. yolun asfalt-beton örtüyü yarasız vəziyyətdə olduğundan həmin ərazidə mütəmadi olaraq tıxac və insan təlafatı ilə nəticələnən yol nəqliyyat hadisələri baş verir.

Qeyd edilən çatışmazlıqların aradan qaldırılması üçün görülməsi zəruri olan tədbirlər

Sakit Qocayev küçəsində yol hərəkətinin səmərəli təşkili və təhlükəsizliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi məqsədilə sözügedən küçədə yol nişanlanma xətlərinin çəkilməsi, çatışmayan yol nişanlarının quraşdırılması, Şamil Kamilov küçəsi ilə kəsişmədə yeni svetofor obyektlərinin quraşdırılması (buna uyğun olaraq svetofor fazalarının müəyyən edilməsi), piyada keçidləri, pandusların və avtobus dayanacaq məntəqələrinin standartlara uyğun quraşdırılması barədə təkliflər hazırlanıb.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh