“Palmali”nin külli miqdarda borcu var” - SOCAR-dan açıqlama

Gündəm 17 Yanvar 2018 16:30 Oxunub 768
“Palmali”nin külli miqdarda borcu var” - SOCAR-dan açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyd olunan 14 gəmi SOCAR tərəfindən satın alınıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Palmali şirkəti ilə bağlı açıqlama yayıb. Avtosfer.az xəbər verir ki, qurumun açıqlamasına görə, SOCAR və Palmali Qrup arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib: "Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmayıb. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınıb. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olub, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılıb".

Şirkətdən bildirilib ki, müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil: "Palmali Qrupunun hazırda SOCAR-a külli miqdarda borcu var. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlib və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh