Uşağı vurmamaq üçün maşını işıq dirəyinə çırpdı - VİDEO

Avtoxəbər 17 Yanvar 2018 18:08 Oxunub 2307
Uşağı vurmamaq üçün maşını işıq dirəyinə çırpdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gün Şəkidə yol qəzası baş verib

Avtosfer.az xəbər verir ki, hadisə Şəki-Oğuz magitralının Şəkidən keçən hissəsində meydana gəlib. Şəki sakini, 48 yaşlı Oktay İsmayılovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb. Lakin zərbə nəticəsində işıq dərəyi aşıb, avtomobil isə tərs çevrilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yola anidən çıxan uşaqlar olub.

Qabil Nurəliyev – Hadisə şahidi: “2 uşaq qabağına çıxdı. Maşın da gəlirdi. Uşağı vurmamaq üçün dirəyə tərəf çevrildi. Dirək aşdı”

Faktla bağlı Şəki DYPB-də araşdırma aparılır./ARB TV/

ŞƏRH YAZ
Ad

E-mail

Şərh