Bakı-Şamaxı-Yevlax yolu buz bağladı - Avtomobillər yolda qaldı - VİDEO

Gündəm 18 Yanvar 2018 00:44 Oxunub 1126
Bakı-Şamaxı-Yevlax yolu buz bağladı - Avtomobillər yolda qaldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qobustan, Şamaxı və Ağsu rayonları ərazisində gecə yollar buz bağlayıb

İki gündür yağan qar magistral yolda hərəkəti çətinləşdirib. Bakı-Şamaxı-Yevlax yolunun Qobustan, Şamaxı və Ağsu rayonları ərazisindən keçən hissəsində gecə yollar buz bağlayıb.

Ağsu dolaylarında bəzi nöqtələrdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Bakı-Şamaxı-Yevlax yolunun 56-105-ci kilometrliyində Qobustan ərazisində yolun enişli-yoxuşlu hissələrində sürüşməyə görə nəqliyyat vasitələri hərəkət edə bilməyib.

Əsasən gecə və səhər saatlarında yolda sürüşkənlik və duman müşahidə olunub. 7 saylı yol idarəsinin işçiləri buz bağlamış yola qum-duz qarışığı səpiblər. Yalnız bundan sonra yolda hərəkət bərpa olunub.

Gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun yenidən buz tutma ehtimalı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh