İllərdir əziyyət çəkib topladığı pulu ev almağa gedərkən itirdi - VİDEO

Xəbərlər 18 Yanvar 2018 01:04 Oxunub 3024
İllərdir əziyyət çəkib topladığı pulu ev almağa gedərkən itirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat verəcəyini deyir

Ev almağa gedən şəxs külli miqdarda pulunu itirdi. Söhbət Bakıda kirayədə yaşayan Bəhruz Bayramovdan gedir. Onun sözlərinə görə, əziyyət çəkib topladıqları 21 min 800 manat pul və 5 minat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib. Ailə uzun illər Nərimanov rayonunda yaşayıb. Evləri plana düşdüyü üçün onlara 20 min manat kompensasiya verilib. Bu pulun qarşısılığında yeni ev almaq qərarına gəliblər. Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat verəcəyini deyir.

Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh