Ağdamda “VAZ”la “Qazel” toqquşdu, yaralanan var

Gündəm 18 Yanvar 2018 01:46 Oxunub 809
Ağdamda “VAZ”la “Qazel” toqquşdu, yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Əhmədağalı kəndi ərazisində baş verib

Ağdamda yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib. 1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı “02 BR 489”  qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən  “10 LZ 874” dövlət nişanlı “QAZEL” markalı maşınla toqquşub. Nəticədə “VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh