Tanınmış aparıcı qayda pozaraq uşağın həyatını təhlükəyə atdı - VİDEO

Avtoreyd 18 Yanvar 2018 02:22 Oxunub 2062
Tanınmış aparıcı qayda pozaraq uşağın həyatını təhlükəyə atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azyaşlı qızını ön oturacaqda əyləşdirib, özü isə kəmər taxmayıb

Tanınmış aparıcı Lalə Əlimuxtarova avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Aparıcı yaşı 12-dən aşağı olan qızını maşının ön oturacağında əyləşdirib. Bununla yanaşı Lalə Əlimuxtarova nə özünün, nə də qızının təhlükəsizlik kəmərlərini bağlamayıb. Eyni zamanda aparıcı sükan arxasında etdiyi hərəkətləri telefonla kameraya çəkir. Lalə Əlimuxtarova avtomobil hərəkətdə olarkən gözünü tez-tez yoldan çəkir və telefonuna baxır.

Aparıcı yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla həm özünün, həm də övladının həyatını təhlükə altına atır. baku.ws

ŞƏRH YAZ
Ad

E-mail

Şərh