Günəşlidə avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb

Qaydalar 18 Yanvar 2018 02:39 Oxunub 1552
Günəşlidə avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Lada Priora” markalı avtomobil yüksək sürətlə hərəkət edirmiş

Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqqliyyat hadisəsi olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsində baş verib. 1990-cı il təvəllüdlü Əhmədov Nicat Kərim oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobillə yüksək sürətlə hərəkət edən zaman maşın idaəetmədən çıxıb. Nəticədə avtomobil yuvarlanaraq dərəyə aşıb. Qəza zamanı sürücü N.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh