Erməni hərbçilər qəza törətdi - 2 mülki sakin öldü

Qəzalar 18 Yanvar 2018 12:29 Oxunub 863
Erməni hərbçilər qəza törətdi - 2 mülki sakin öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbçilər arasında xəsarət alanların olmadığı bildirilir

Bu gün saat 09:28 radələrində Sisian-Şaki yolunda yol nəqliyyat hadisəsi baş verməsi barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. 

Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobillə "Ural" markalı avtomobillər toqquşub. 

Qəza nəticəsində VAZ 2107-də olan ata və oğul, Arşak Hovhanissyan və Martik Hovhanissyan ölüb, digər sərnişin Elmira Sarkisyan isə ağır bədən xəsarətləri ilə Sisian rayon tibb mərkəzinə təxliyyə edilib. 

Məlumata görə, "Ural" markalı avtomobil hərbi qulluqçuları daşıyıb və Ermənistan müdafiə nazirliyinə məxsusdur. 

Hərbçilər arasında xəsarət alanların olmadığı bildirilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh