DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb

Gündəm 18 Yanvar 2018 12:54 Oxunub 808
DİN Sarayda törədilən qətllə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla əlaqədar cinayət işi başlanıb

Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub. Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib. M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb. Faktla əlaqədar cinayət işi başlanıb. V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh