Metropoliten 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb

Gündəm 18 Yanvar 2018 12:56 Oxunub 1109
Metropoliten 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanvarın 20-si saat 12:00-da bütün qatarlar hərəkəti dayandıracaq və bir dəqiqəlik siqnal verəcək

“Bakı Metropoliteni” QSC 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Avtosfer.az-a bildirib ki, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib. “Hər il olduğu kimi, bu il də yanvarın 20-də bütün metro stansiyalarında matəm musiqiləri səslənəcək. Qatarlarda stansiyalar barədə məlumatlar maşinist tərəfindən səsləndiriləcək. Metronun “20 Yanvar” stansiyasında isə 20 Yanvar hadisələrini əks etdirən xüsusi kompozisiya nümayiş olunacaq”, - deyə N. Paşayev vurğulayıb. N.Paşayev qeyd edib ki, yanvarın 20-si saat 12:00-da bütün qatarlar hərəkəti dayandıracaq və bir dəqiqəlik siqnal verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh