Bərdədə nişanlı müəllim qaçırılıb

Gündəm 18 Yanvar 2018 14:08 Oxunub 845
Bərdədə nişanlı müəllim qaçırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir

Bərdə rayonunda müəllim zorla qaçırılıb. Avtosfer.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, qız rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi, Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb. Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib. Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib. Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir. Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh