Avtobus sürücüsü qayda pozdu – Dərhal işdən qovuldu - VİDEO

Qaydalar 18 Yanvar 2018 17:16 Oxunub 1717
Avtobus sürücüsü qayda pozdu – Dərhal işdən qovuldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə hallar başqa sürücülər tərəfindən təkrarlansa daha sərt addımlar atılacaq

Yanvarın 18-dı Bakı Nəqliyyat Agentliyinə 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə bağlı video görüntü təqdim edilib. Avtosfer.az-ın BNA-ya istinadən məlumatına görə, müəyyən edilib ki, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.  

Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmamsı üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh