Qəbiristanlıqların idarə edilməsi bələdiyyələrə VERİLDİ

Gündəm 18 Yanvar 2018 23:08 Oxunub 843
Qəbiristanlıqların idarə edilməsi bələdiyyələrə VERİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərasim və dəfn məsələlərinə bələdiyyələr baxacaq

"Bələdiyyələrin statusu haqqında” qanuna edilmiş dəyişikliklər təsdiq edilib. Avtosfer.az xəbər verir ki, qanunun 4-cü maddəsinin ikinci hissəsində aşağıdakı dəyişikliklər edilib:

1. İkinci abzasda "abadlaşdırılması” sözü "saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi” sözləri ilə əvəz edilsin və həmin abzasda "mərasim” sözündən sonra "və dəfn” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

"Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir.”.

Prezidentin digər sərəncamı ilə qanunun 7.2-ci maddəsində "stadionların və idman meydançalarının” sözləri "stadionların, idman meydançalarının və qəbiristanlıqların” sözləri ilə əvəz edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh