"Merсedes” arxadan “Kamaz”a çırpılıb darmadağın oldu- FOTO

Avtosfer Foto 19 Yanvar 2018 00:40 Oxunub 2219
"Merсedes” arxadan “Kamaz”a çırpılıb darmadağın oldu- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Kamaz”ın sürücüsü avtomobillə hadisə yerindən qaçıb

Bakı-Qazax magistralında minik maşını yük maşını ilə toqquşub, sürücü xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində avtoqəza baş verib. Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1984-ci il təvəllüdlü Nuruşov Usubəli Azad oğlunun idarə etdiyi “Merсedes” markalı 99 FN 649 dövlət nömrə nişanlı avtomobil “Kamaz” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “Merсedes” markalı avtomobilin sürücüsü ağır xəsarətlərlə Şirvan mərkəzi şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

“Kamaz” markalı avtomobilin sürücüsü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aprılır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh