Abşeronda maşın kişini vuraraq 50 metr kənara atdı - Piyada ölüb

Qəzalar 19 Yanvar 2018 01:04 Oxunub 1118
Abşeronda maşın kişini vuraraq 50 metr kənara atdı - Piyada ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daha sonra naməlum avtomobil hadisə yerindən uzaqlaşıb

Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, əslən Füzuli rayonundan olan 1980-ci il təvəllüdlü Ocaqverdiyev Mahir Bayram oğlu Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub. Sürət həddi o qədər yüksək olub ki, avtomobil Mahir Ocaqverdiyevi vuraraq təxminən 50 metr kənara atıb. Daha sonra naməlum avtomobil hadisə yerindən uzaqlaşıb. Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh