Ötən il Azərbaycanda çəkilən yollardan möhtəşəm - FOTOLAR

Avtosfer Foto 19 Yanvar 2018 01:16 Oxunub 1874
Ötən il Azərbaycanda çəkilən yollardan möhtəşəm - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
34 rayonda 68 yol infrastrukturu layihəsi icra olunub

2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlara uyğun olaraq, 14 respublika əhəmiyyətli (373.9 km), 42 yerli əhəmiyyətli - kəndlərarası (863.2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatalada 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb.  

Bu layihələrin həyata keçirilməsi, 2.1 milyon nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini (Bakı şəhəri üzrə 28 yaşayış məntəqəsi) əhatə edərək rahat avtomobil yollarından istifadə edilməklə tədarük edilən kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində istənilən ünvana çatdırılmasına imkan yaradıb.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh