Sürücülərə hava xəbəri; 17 dərəcə isti olacaq

Gündəm 26 Dekabr 2014 13:37 Oxunub 1217
Sürücülərə hava xəbəri; 17 dərəcə isti olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8, gündüz 9-14 dərəcə isti olacaq.

Rayonlarda sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Lakin dekabrın 28-də və 29-da atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini tez-tez əvəz etməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh