Bir ayda 5 qadına qarşı cibgirlik edən 2 nəfər saxlanılıb

Gündəm 19 Yanvar 2018 12:59 Oxunub 679
Bir ayda 5 qadına qarşı cibgirlik edən 2 nəfər saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar davam edir

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar. Bu barədə Avtosfer.az-a DİN mətbuat xidmətindən məlumat verilib. Belə ki, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Sakit Əliyev və Səfər Əliyev olmaları müəyyən edilib. Faktla bağlı araşdırmalar davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh