Avtomobillərin icbari sığortası üzrə 78 min müqavilə bağlanıb

Gündəm 19 Yanvar 2018 13:03 Oxunub 688
Avtomobillərin icbari sığortası üzrə 78 min müqavilə bağlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ötən ilin dekabr ayı ərzində

Ötən ilin dekabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 77 741 elektron sığorta müqaviləsi qeydiyyata alınıb. İSB-dən Avtosfer.az-a verilən xəbərə görə, bunlardan 14 711 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 5 957 574 manat təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24% artım, sığorta haqlarının məbləğində isə 19% artım müşahidə edilib.

1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır. Dekabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 77 741 elektron icbari sığorta müqaviləsi bağlanıb.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh