Sumqayıt və Daşkəsəndə avtomobil piyadanı vuraraq öldürüb

Qəzalar 19 Yanvar 2018 13:06 Oxunub 784
Sumqayıt və Daşkəsəndə avtomobil piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı araşdırma aparılır

Sumqayıt və Daşkəsəndə piyadanı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 18-də saat 19 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Habil Şıxəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ocaqverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Piyadanın vurulması ilə nəticələnən daha bir hadisə elə həmin gün Daşkəsən rayonunun Çovdar kəndində qeydə alınıb. Gəncə şəhər sakini Ramin Məhərrəmov idarə etdiyi “Tatra” markalı yük avtomobillə yolu keçən həmyerlisi Azər Məmmədzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh