Rusiyada atom sualtı gəmiləri utilizasiya olunacaq

Gündəm 19 Yanvar 2018 15:20 Oxunub 783
Rusiyada atom sualtı gəmiləri utilizasiya olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə altı belə sualtı gəmi inşa olunub

Rusiyada 941 (şifrə adı “Akula”) layihəsi üzrə buraxılmış “Arxanqelsk” və “Sverstal” atom sualtı gəmiləri utilizasiya olunacaq. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, sualtı gəmilər Rusiya hərbi-dəniz donanmasının döyüş heyətindən çıxarılıb. Utilizasiyanın səbəbinə gəlincə, agentliyin müsahibi onların istismarına artıq lüzum olmadığını bildirib. “Rosatom”un sualtı gəmiləri 2020-ci ilə kimi utilizasiya edəcəyi bildirilir. Hal-hazırda Rusiya Hərbi Dəniz Donanmasında döyüş heyətinin tərkibində  olan 941U layihəsi əsasında hazırlanmış yeganə sualtı gəmi “Bulava” ballistik raketinin sınağının aparıldığı “Dmitri Donskoy” sualtı gəmisidir. 941 layihəsinə aid olan sualtı-gəmilər dünyanın ən böyük atom submarinləri sayılır. Layihə üzərində sovet konstruktoru Serqey Kovalyov işləyib. İlk bu tipdən olan TK-208 gəmisi 1980-ci ildə suya buraxılıb. Submarinin uzunluğu 172 metr, ağırlığı 49.8 min tondur. Ümumilikdə altı belə sualtı gəmi inşa olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh