İlham Əliyev avtobusda diri-diri yanan 52 nəfərə görə başsağlığı verdi

Gündəm 19 Yanvar 2018 15:30 Oxunub 832
İlham Əliyev avtobusda diri-diri yanan 52 nəfərə görə başsağlığı verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İnsanların faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıltdı"

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib. Dövlət başçısı Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində Özbəkistan vətəndaşlarının faciəli şəkildə həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib. Prezident İlham Əliyev baş vermiş hadisə ilə əlaqədar Prezident Şavkat Mirziyoyevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib. Xatırladaq ki, Qazaxıstanın qərbində yerləşən Aktübə rayonunda avtobusda baş vermiş yanğın nəticəsində 52 nəfər diri-diri yanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh