Mübariz Mənsimovun daha bir tankeri Danimarkada saxlanıldı - FOTO

Gündəm 19 Yanvar 2018 23:59 Oxunub 928
Mübariz Mənsimovun daha bir tankeri Danimarkada saxlanıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tankerdə texniki əskikliklər üzə çıxıb və səfərə çıxmasına icazə verilməyib

“Palmali Dənizçilik Şirkətinə” məxsus “Ağsu” adlı yük tankeri Danimarkanın Kalundborq limanında saxlanılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tanker yanvarın 11-də limana çatdıqdan sonra Danimarka müfəttişləri tərəfindən yoxlamalara başlanılıb. Araşdırmalar nəticəsində tankerdə texniki əskikliklər üzə çıxıb və səfərə çıxmasına icazə verilməyib.

Qeyd edək ki, 150 metr uzunluğu və 17 metr eni olan “Ağsu” yük tankeri 2008-ci ildə “Palmali” tərəfində hazırlanıb və hazırda mərkəzi Rusiyada yerləşən “Pal Shipping Trader Three” şirkətinin mülkiyyətindədir.

 

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh