Bakı metrosunda qatar tuneldə qaldı - Sərnişinlər təxliyyə edildi

Gündəm 19 Yanvar 2018 20:03 Oxunub 765
Bakı metrosunda qatar tuneldə qaldı - Sərnişinlər təxliyyə edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qatarda baş verən nasazlığa görə sərnişinlər “28 May” metrostansiyasında boşaldılıb

““Həzi Aslanov” – “Dərnəgül” istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb”. Bu barədə Avtosfer.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, qatarda baş verən nasazlığa görə sərnişinlər “28 May” metrostansiyasında boşaldılıb: “Saat 18:45-də “Nizami” stansiyasından qatarı geri depoya göndərdik. Təəssüf ki, qatar indi də “28 May”- “Gənclik” stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq”, - deyə N. Paşayev bildirib.

Nəsimi Paşayev bildirib ki, qatar xətdən kənarlaşdırılıb və hərəkət bərpa olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh