Bakıda film kimi qəza; sürücü hadisə yerindən qaçdı - FOTO

Avtoxəbər 26 Dekabr 2014 13:51 Oxunub 1474
Bakıda film kimi qəza; sürücü hadisə yerindən qaçdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Binəqədi rayonunda yol qəzası baş verib

Bakının Binəqədi rayonunda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Lökbatan-Xocahəsən yolunda qeydə alınıb. Xocahəsən qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Sürətlə hərəkət edən minik avtomobili "Shacman" markalı yük maşınına çırpılıb.

«Volkswagen» sürücüsü toqquşmadan sonra maşını saxlamayıb və hərəkəti davam etdirib. Lakin maşının sağ təkəri oxundan çıxıb. Sürücü bundan xəbər tutduqdan sonra avtomobili saxlamaq istəsə də, buna nail ola bilməyib. Nəticədə maşın yolun kənarındakı yarğana düşüb. Sürücü isə deformasiyaya uğrayan avtomobili orada qoyaraq hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh