Suraxanıda ağır qəza - İki ailədən 6 nəfər yaralandı

Qəzalar 20 Yanvar 2018 00:08 Oxunub 940
Suraxanıda ağır qəza - İki ailədən 6 nəfər yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki yük və bir minik maşını toqquşub

Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, qəza Hövsan qəsəbəsində baş verib. İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Hövsan qəsəbəsində baş verən yol qəzası nəticəsində xəsarət alanlar 26 yaşlı Rəhimov Fariz Eynulla oğlu, 61 yaşlı Rəhimov Eynulla Yadulla oğlu, 20 yaşlı Rəhimova Aysel Ağamalı qızı, 39 yaşlı Məmmədov Eminağa Məmmədağa oğlu, 51 yaşlı Məmmədov Şahin və 39 yaşlı və 54 yaşlı Aləli Ladadır. 

Suraxanı polisi hadisəylə əlaqədar araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh